Sumqayıtda dələduzluğa görə axtarışda olan şəxs saxlanılıb

Sumqayıtda dələduzluğa görə axtarışda olan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Emin Həsənov saxlanılıb.

Araşdırmalarla onun bir vətəndaşın bank hesabından 3775 manat oğurlaması da müəyyən olunub.

Share: