Sürücülərə avtomobillərin park edilməsi ilə bağlı MÜRACİƏT: Təhlükə var

Paytaxt sürücülərinə avtomobillərini park edərkən diqqətli olmaq tövsiyə edilib.

 

Moderator.az-ın məlumatına görə, bu barədə hazırda müşahidə olunan küləkli hava şəraiti ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciətində deyilir.

 

“Mövcud hava şəraiti ilə əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərdən nəqliyyat vasitələrini tikinti işləri aparılan yerlərin, ağacların, irihəcmli reklam lövhələrinin, ümumiyyətlə küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya altında saxlamamağı tövsiyə edirik”, – deyə müraciətdə qeyd olunur.

Mənbə

Share: