Sürücülərin nəzərinə: bu yollarda tıxac var

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Bu barədə Millətin Səsi.az-a Mərkəzdən bildirilib.

H.Əliyev prospekti əsas və kənar yol şəhər istiqamətində sıxlıq müşahidə edilir.

Bakı-Sumqayıt şossesi, 20 Yanvar istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Ə.Əliyev küçəsi Neftçilər prospektinin kəsişməsində sıxlıq var.

Y.Səfərov küçəsi – H.Əliyev prospekti istiqamətində sıxlıq yaranıb.

Babək prospekti ilə H.Əliyev prospektinin kəsişməsində sıxlıq müşahidə edilir.

R.Behbudov küçəsində sıxlıq var.

R.Bünyadov prospekti 20 Yanvar istiqamətində sıxlıq müşahidə olunur.

A.Salamzadə küçəsi Ziya bünyadov prospekti istiqamətində sıxlıq var.

28 May küçəsində nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.

Share: