Şuşa, Ağdam və Füzulidə məktəblərin tikintisi bu tarixdə başa çatacaq

İşğaldan azad olunmuş bölgələrdə – Şuşa, Ağdam və Füzulidə məktəblərin tikintisi 2023-cü ilin sentyabrında bitəcək. 

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib. 

 

Nazir qeyd edib ki, Suqovuşanda məktəb hazırdır, Ağalıda isə tədris həyata keçirilir: “Zəngilan, Kəlbəcər və Cəbrayılda məktəb tikintisinin ilkin işlərinə başlanılıb”.

Mənbə

Share: