Şuşaya köçən ilk şanslı ailələr MƏLUM OLDU 

İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri davam etdirilir. Artıq  Qarabağa Böyük Qayıdışlar başlayıb. Hazırda isə Şuşa və Xocalı sakinlərinin məskunlaşması planlaşdırılır. 

 Bəs görəsən 30 ildən çoxdur ki, Şuşaya qayıdacağı günün həsrəti ilə yaşayan hansı vətəndaşların şansı gətirəcək? 

 

 

Mövzu ilə bağlı millət vəkili Elman Məmmədov Moderator.az-a danışdı. Bildirdi ki, 2024-cü ildə Şuşaya ilk köç baş tutacaq:

 

“Bu il Şuşaya ilk köç baş tutacaq. Hazırda tamamlama işləri gedir. Gözlənilən o möhtəşəm köç bu ilin sonlarına yaxın olacaq. Şuşaya ilk köç edən ailələr yəqin ki,  qəzalı vəziyyətdə yaşayanlar olacaq. Belə ki, Şuşada evləri ilkin hazır olan ailələri Bakıda, respublikanın digər yerlərində mənzil- məişət şəraiti ağır vəziyyətdə olan ailələr gedəcək. 30 ildən çoxdur ki, bu ailələr dözülməz şəraitdə yaşayırlar. Onlar ilkin mərhələdə Şuşaya ilk köç edən vətəndaşlar siyahısında yer alıblar. Kimilərin evləri yenidən tikilir, kimilərin evləri bərpa olunur, kimilər də öz köhnə evlərində yox Şuşanın başqa ərzilərində yerləşdiriləcəklər. Hazırda Şuşada yeni evlər də hazırlanıb, amma bununla bərabər yaşayışı mümkün olan, bərpa edilmiş evlər də mövcuddur” .

 

 Xəyalə Rəis

Mənbə

Share: