Təhsil müəssisələri bu rüsumdan azad edilir

Azərbaycanda dövlət peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrinə lisenziyaların verilməsinə görə dövlət rüsumunun tutulmaması təklif edilir.

Milletinsesi.az Report-a istinadən xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanun 22.0.5.3, 22.0.5.4 və 22.0.5.5-ci bəndlərinə dəyişiklik olunur.

Dəyişiklliklə, dövlət peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrinə lisenziyaların verilməsinə görə dövlət rüsumu tutulmayacaq.

Qeyd edək ki, hazırda peşə təhsili müəssisələrinə lisenziyaların verilməsinə görə 2 min manat, orta ixtisas təhsili müəssisələrinə lisenziyaların verilməsinə görə 2 min manat, ali təhsil müəssisələrinə lisenziyaların verilməsinə görə 13 750 manat dövlət rüsumu tutulur. Qanunvericiliyə dəyişiklik yalnız dövlət təhsil müəssisələrinə aiddir.

 

Share: