“Təlimlər sırf müdafiə xarakterlidir və burada hər hansı gizli niyyət yoxdur…”

“Qərb ölkələri son beş ildə bizim sərhədlərimizdə hərbi fəallığını və operativ döyüş hazırlığı tədbirlərini beş dəfə artırıb…”

 

Rusiya-Belarus birgə hərbi təlimləri başlayıb

 

Belarus Hərbi-Hava Qüvvələrinin və Rusiya Hərbi-Kosmik Qüvvələrinin döyüş tapşırıqlarının icrası, hava kəşfiyyatının aparılması və mümkün düşmənin HHQ zərbələrinin dəf edilməsinə hazırlığı üzrə fəaliyyətlərinin sınaqdan keçirilməsi- iki ölkənin yanvarın 16-dan fevralın 1-dək davam edəcək birgə hərbi təliminin məqsəd və vəzifələri bundan ibarətdir.

 

Moderator.az xəbər verir ki, bu barədə Belarus Təhlükəsizlik Şurası katibinin müavini Pavel Muraveyko bəyan edib. Məlumatı “Deutsche Welle” nəşri yayıb.

 

“Təlimlərin keçirilməsi üçün Belarusun ərazisində hava limanları  və poliqonlar cəlb ediləcək, orada çiyin-çiyinə bizim və rusiyalıların bölmələri fəaliyyət göstərəcək. 

 

Təlimlər sırf müdafiə xarakreri daşıyır. Burada hər hansı gizli niyyət yoxdur. Bu təlimlər planlı şəkildə birgə bölmələrimizin hazırlığı və qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi üçün keçirilir”, – Belarusun “BelTA” informasiya agentliyi Muraveykodan iqtibas gətirib.

 

Muraveyko vurğulayıb ki, “Qərb ölkələri son beş ildə sərhədlərimizdə hərbi fəallığı və operativ döyüş hazırlığı tədbirlərinin sayını beş dəfə artırıb. Qeyd etmək lazımdır ki, biz sabitlik və təhlükəsizlik çərçivəsində üzərimizə götürdüyümüz bütün öhdəliklərimizi icra edirik.

 

Biz belə təlimlərinin keçirilməsi barədə əvvəllər məlumat vermişik. Əvvəlcədən kimlərin iştirak edəcəyini demişik. Biz bunun üçün təkcə öz Silahlı Qüvvələrimizdən deyil, həm də Rusiya Silahlı Qüvvələrindən istifadə edirik. Bu, bizim birgə regional qoşun qruplaşmamıza daxil olan elementdir”.

 

Muraveyko adlarını çəkmədiyi siyasətçiləri “ucuz nüfuz qazanmağa” cəhddə ittiham edib: “Hələ təlimlər başlamazdan öncə Qərb tərəfdən müəyyən saxta məlumatlar dövriyyəyə buraxılmağa başlayıb, bu da ayrı-ayrı siyasətçilərin imic oyunlarından savayı bir şey deyil”.

 

KTMT-nin baş katibi Stanislav Zas STV telekanalına deyib ki, təlimlər sırf müdafiə xarakterlidir və iki ölkənin daxili işidir”.

Mənbə

Share: