Tbilisidəki etirazlarda saxlanılanların sayı ARTIB

Gürcüstan parlamenti qarşısında keçirilən etiraz aksiyası zamanı saxlanılanların sayı 66-ya çatıb.

 

Modern.az xəbər verir ki, bununla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

 

Etirazçıların polis istiqamətində pirotexniki vasitələr və Molotov kokteylləri atdığı, nəticədə 50 polis əməkdaşının xəsarət aldığı bildirilib.

 

Məlumata görə yaralanan polislərdən bəzilərinə cərrahi müdaxilə edilib.

Mənbə

Share: