“Televiziya və radiolarda Azərbaycan dili ilə bağlı vəziyyət qənaətbəxşdir”

“Azərbaycan dili ilə bağlı televiziya və radiolarda aparılan monitorinqlərin nəticələrinə əsasən vəziyyət qənaətbəxşdir”.

Bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva deyib.

Onun sözlərinə görə, artıq qüsurlar aradan qaldırılır: “Yanlışlıqlar daha az müşahidə olunur. Bu da mükəmməl dilimizdə danışmaq istəyimizdən irəli gəlir”.

“Biz hər şeyin əlacını cəza ilə müəyyənləşdirməməliyik. Əvvəlcə tövsiyə və təkliflərimizi veririk. İki dəfə monitorinqlərin nəticələrini açıqlamağı planlaşdırırıq. Bundan sonra arzulayırıq ki, gələn monitorinqlərdə qüsurlar olmasın. Biz də cəzaya əl atmayaq və vəsatət qaldırmayaq”, – S.Əliyeva bildirib.

Mənbə

Share: