“TikTok” Avropaya 1.2 milyard investisiya qoyacaq 

Çinin “TikTok” videoservisi Avropada məlumat mərkəzlərinin tikintisinə 1,2 milyard avro sərmayə qoyacaq.

 

Modern.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirib.

 

Şirkət regionda üç məlumat mərkəzi açacaq, onlardan ikisi İrlandiyada və biri Norveçdə yerləşəcək. Mərkəzlərdə avropalı istifadəçilərdən məlumatların ötürülməsi bu il başlayacaq.

 

“TikTok”un məlumatına görə, şirkətin məqsədləri məlumatları istifadəçilərin yerləşdiyi bölgədə saxlamaq, bu bölgədən məlumatların başqalarına ötürülməsini minimuma endirməkdir.

Mənbə

Share: