
ABŞ-ın Missisipi ştatında tornado və güclü tufan nəticəsində 23 nəfər həlak olub.
Modern.az xəbər verir ki, bu barədə Missisipi Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
Təbii fəlakət nəticəsində onlarla insanın yaralandığı, 4 nəfərin itkin düşdüyü bildirilir. “Təəssüf ki, bu rəqəmlərin artacağı gözlənilir”, – açıqlamada deyilir.
Missisipi qubernatoru Tate Rives “Twitter”də tornadodan zərər çəkənlərə tibbi dəstək verildiyini, təcili yardım maşınlarını artırdıqlarını və axtarış-xilasetmə işlərinin aktiv şəkildə aparıldığını bildirib.