Tovuzda keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Tovuzda keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Xaliq Rüstəmovun məhkəməsi başlayır.

İş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası martın 2-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Tovuz rayonunda qeydə alınıb.

Belə ki, ittiham aktına görə, 1987-ci il təvəllüdlü Xaliq Rüstəmov şəxsi münasibətlər zəmnində keçmiş həyat yoldaşı 1985-ci il təvəllüdlü Ramilə Rüstəmovanı bıçaqla qətlə yetirməsində şübhəli bilinib.

X.Rüstəmova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

Mənbə

Share: