Türkiyə Bolqarıstana 1.5 milyard kubmetr qaz satır

Türkiyə Bolqarıstana 1.5 milyard kubmetr həcmində təbii qazın satışına başlayacaq.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Fatih Dönmezin Bolqarıstana səfəri çərçivəsində müvafiq razılaşma əldə olunub.

 

Tərəflər arasında qaz transferi ilə bağlı müqavilə imzalanıb. Dönmez və bolqarıstanlı həmkarı Rosen Xristovun müşayiəti ilə müqaviləyə Türkiyə tərəfdən BOTAŞ-ın baş direktoru Burhan Özcan, Bolqarıstan tərəfdən isə “Bulqarqaz” şirkətinin rəhbəri Denitsa Zlateva imza atıblar.

 

Sözügedən müqavilə 13 il müddətinə imzalanıb. Bu anlaşmanın Avropanın qaz bazarında tələb-təklif balansının təhlükəsizliyi baxımından böyük önəm daşıdığı vurğulanıb.

Mənbə

Share: