Yaponiyada ailələrə şirnikləndirici TƏKLİF

Yaponiya hakimiyyəti 37,7 milyon əhalisi ilə dünyanın ən böyük aqlomerasiyası sayılan Tokionu boşaltmaq siyasətinə başlayıb. Bunun üçün ailələrə şirnikləndirici layihələr təklif olunur.

 

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, paytaxtdan köçməyə görə ailədəki hər uşağa bir milyon yen (təxminən 7700 ABŞ dolları) ödənəcək.

 

Tədbirlər əhalinin qocalmasından və azalmasından əziyyət çəkən Yaponiya üçün strateji hədəfə xidmət edir. Rəsmi Tokio bununla həm də ölkənin digər ərazilərini canlandırmaq istəyir. Ödənişləri almaq üçün ailə Tokiodan kənara və ya onun dağlıq bölgələrinə köçməlidir. Ən azı 5 il yeni yerdə yaşamalıdır. Geri qayıdanlar pulu qaytarmalı olacaqlar.

 

Yaponiyada bələdiyyələrin 80%-dən çoxu proqrama qoşulub: onlar köçənlərə vəd edilən məbləğin yarısını ödəyəcəklər. Yaponiya hökuməti 2027-ci ilə qədər on minlərlə insanın Tokiodan kəndlərə köçəcəyini gözləyir.

 

Yaponiya əhalisi aşağı doğum səviyyəsi və ömür uzunluğu səbəbindən sürətlə qocalır: ölkədə yaşı 100-ə çatan 90,5 mindən çox insan yaşayır (1963-cü ildə onların sayı 153 nəfər olub).

 

Mənbə

Share: