Türkiyə kəşfiyyatı iranlı gəncləri PKK-ya cəlb edən terrorçunu zərərsizləşdirib

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MKT) İraqın Qəndil bölgəsində əməliyyat keçirib.

 

Əməliyyat zamanı PKK/KCK terror təşkilatının iranlı gənclər arasında koordinasiya işləri ilə məşğul olan üzvü Barzan Hesenzade zərərsizləşdirilib.

 

“Tolhildan Kandil” kod adlı Barzan Hesenzadenin bölgə gəncləri arasında PKK/KCK-nın təbliğatını apardığı, onları təşkilata cəlb etmək üçün müəyyən işlər həyata keçirdiyi məlum olub.

 

1994-cü ildə İranın Mahabad şəhərində doğulan terrorçu İranın Merivan, Mukriyan və cənub şəhərlərində yerləşən universitetlərdə gənclərin təşkilata üzv olması və ideoloji istiqamətləndirilməsi üzrə fəaliyyət göstərib. 2016-cı ildə İranın Mahabat şəhərindən təşkilatın çöllük heyətinə qatılıb və silahlı təlim keçib.

 

Mənbə: Haber Global

Mənbə

Share: