Türkiyə ordusu 38 minə yaxın terrorçunu məhv edib

Türkiyə ordusu 38 minə yaxın terrorçunu məhv edib

Terrorçuları qazdıqları çuxur və mağaralarda basdırmağa davam edirik.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

 

O qeyd edib ki, Suriyada daha 6 terrorçu məhv edilib. Nazirin sözlərinə görə, 24 iyul 2015-ci ildən bu yana 37 min 860 terrorçu zərərsizləşdirilib.

 

“Terrorla mübarizəmiz qətiyyətlə davam edir”, – Akar bildirib.

 

Nazir Qara, Zap, Hakurk, Metina və Avasin Başiyandakı terror yuvalarının darmadağın edildiyini diqqətə çatdırıb.

Mənbə

Share: