Türkiyə XİN Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

 

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrik mətni Türkiyə XİN-in saytında dərc edilib.

“İşğal altındakı torpaqlarını qəhrəmanlıqla azad edən qardaş Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edirik.

Azərbaycan Ordusunun bu tarixi qələbəsi həm də bütün regionda davamlı sülh və əmin-amanlıq ümidlərinin yaranmasında mühüm rol oynayıb.

Türkiyə işğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpası da daxil olmaqla bütün Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın artırılması üçün Azərbaycanla tam həmrəylik və koordinasiya şəraitində fəaliyyət göstərməyə davam edəcək”, – təbrikin mətnində qeyd edilir.

Mənbə

Share: