Türkiyədə cinayətkar şəbəkə məhv edildi: Əməliyyat görüntüləri yayıldı

Türkiyədə jandarm qüvvələrinin Kahramanmaraşın iki rayonunda eyni vaxtda həyata keçirdiyi “Mahzen-26” əməliyyatında 20 nəfər həbs edilib və “Canık” mütəşəkkil cinayətkar dəstəsi zərərsizləşdirilib.

 

Bu barədə ölkənin daxili işlər naziri Əli Yerlikaya sosial media hesabından açıqlama verib.

 

Yerlikaya 1 iyun 2023-cü ildən etibarən 14-ü beynəlxalq, 38-i milli, 69-u regional və 303-ü yerli olmaqla cəmi 424 mütəşəkkil cinayətkar dəstənin məhv edildiyini bildirib.

 

Nazir əməliyyat görüntülərini də paylaşıb.

 

 



Mənbə

Share: