Türkiyədə iki avtobus qəzasında 5 nəfər ölüb, 56 nəfər yaralanıb

 

Türkiyənin Eskişəhir şəhərində sərnişin avtobusu aşıb.

Hadisə nəticəsində 35 nəfər yaralanıb.

Qəza yerinə polis, xilasedici və təcili tibbi yardım əməkdaşları cəlb edilib.

Yaralılar yaxınlıqdakı xəstəxanaya aparılıb.

Ölkədə daha bir ağır yol qəzası İzmir şəhərində qeydə alınıb. Minik maşını ilə mikroavtobusun toqquşması nəticəsində 5 nəfər ölüb, 21 nəfər yaralanıb.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Məlumata görə, yaralılardan 5-nin durumu ağırdır.

Mənbə

Share: