Türkiyədən Aİ-yə Şimali Kiprlə bağlı ETİRAZ

Türkiyə Avropa İttifaqının Şimali Kiprlə bağlı açıqlamasına etiraz edib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

 

“Avropa İttifaqının Xarici Əlaqələr Xidmətinin Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv seçilməsinə dair açıqlamasını rədd edirik”, – bəyanatda deyilir.

 

Türkiyə XİN bildirib ki, Şimali Kiprin müşahidəçi olması haqqında qərar 11 noyabr 2022-ci ildə Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının sammitində yekdilliklə qəbul edilib: Kiprli türklər Türk Dünyasının tərkib hissəsidir, Türk dövlətləri ilə münasibət qurmaq və inkişaf etmək onların təbii hüquqdur”.

Mənbə

Share: