“Twitter” podratçıların kütləvi ixtisarına başlayıb

“Twitter” moderatorlar da daxil olmaqla podratçıları ixtisar etməyə başlayıb.

 

“Report” xəbər verir ki, bu barədə “Axios” internet portalı mənbələrə istinadən məlumat yayıb.

 

İxtisara düşən işçilərin heç də hamısı bu barədə bildiriş almayıb.

 

Onların korporativ “Twitter” sistemlərinə girişləri ləğv edilib.

 

Bundan əvvəl “Twitter”in yeni sahibi İlon Mask bildirib ki, şirkətin böyük maliyyə itkiləri səbəbindən işçilərin bir hissəsinin vəzifəsindən uzaqlaşdırılmasının qarşısını almaq mümkün deyil. Qeyd edək ki, İlon Mask oktyabrın 27-də ABŞ şirkəti “Twitter”i satın aldıqdan sonra onun Direktorlar Şurasını istefaya göndərib.

Mənbə

Share: