Ukranaya sovet dövründən qalma tanklar veriləcək 

Ukrayna ordusuna Sovet dövründən qalma T-72 tankları veriləcək.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, tanklar Çexiya ordusunun arsenlından tədarük ediləcək.

 

Tankların Ukraynaya verilməsinə ABŞ və Niderland kömək edəcək.

 

 Bu gün ABŞ Ukraynaya 400 milyon dollar dəyərində yardım ayırıb. Yardıma Çexiyada olan T-72 tanklarının modernləşdirilməsi və Ukraynaya çatdırılması daxildir.

 

Eyni zamanda, Niderland Ukraynaya 200 milyon avroluq yardım ayırıb. Bunun 45 milyon avrosu T-72 tankları üçün nəzərdə tutulub.

 

Ukraynanın gələn ay tankların bir hissəsini alacağı gözlənilir.

 

Akif İsmayılov 

 

Mənbə

Share: