Ukraynada Beynəlxalq Məhkəmənin nümayəndəliyi açılır

Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) binasında Beynəlxalq Cinayət Məhkəməsinin katibi Piter Lyuis və Ukraynanın baş prokuroru Andriy Kostin arasında görüş keçirilib.

 

Modern.az xəbər verir ki, onlar Ukraynada Beynəlxalq Cinayət Məhkəməsinin ofisinin açılması haqqında saziş imzalayıblar.

 

Qeyd olunur ki, Ukrayna BCM-nin filialının olduğu səkkizinci dövlət olacaq.

 

“Bu, sadəcə başlanğıcdır, lakin yaxşı başlanğıcdır. Əminəm ki, Ukraynaya qarşı törədilmiş beynəlxalq cinayətlərə görə məsuliyyət daşıyanların hamısı məsuliyyətə cəlb olunmayana qədər biz dayanmayacağıq. ”, – Andrey Kostin Haaqada sazişi imzaladıqdan sonra bildirib.

Mənbə

Share: