“Vaqner qrupu” Ukraynadan çıxarılaraq Afrikaya göndəriləcək”

“Yarım il ərzində Priqojinin döyüşçüləri Baxmut ətrafında döyüşlərdə əhəmiyyətli dərəcədə irəliləyə bilməyib…”

 

“Hələlik, biz öz ölkəmizə lazımıq və Ukrayna ərazisində döyüşürük…”

 

“Priqojin ABŞ Dövlət katibinə Afrikada şirkətinin maliyyələşdirilməsi barədə müraciət edəcək?..”

 

“Vaqner qrupu” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin tezliklə öz muzdlularını Ukraynadan çıxarıb artıq beynəlxalq hərbi-işgüzar sindikat yaratdığı Afrikaya göndərə bilər.

 

Moderator.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

 

Məlumata görə, yüksəkvəzifəli məmurlar və ordu nümayəndələri  Rusiya prezidenti Vladimir Putini özəl hərbi şirkətinin səmərəliliyinin həddən artıq şişirdirildiyinə inandıra bulib.

 

Axı, Baxmut ətrafında yarım il döyüşlər ərzində onun döyüşçüləri cəmi bir neçə on km irəliləyib. Bu da həbsxanadan yığılmış məhbusları Ukrayna mövqelərində “ət maşınından” keçirmək və “top yeminə” çevirməklə mümkün olub.

 

Bundan başqa, Priqojinin müstəqil davranışı Kremli qıcıqlandırmağa başlayıb. Nəticədə Putin özəl hərbi şirkətə həbsxanadan məhbusarı cəlb etməyi qadağan edib və bu vəzifəni Müdafiə Nazirliyinə həvalə edib. 

 

Nazirlik öz növbəsində “vaqnerçilərə” silah və döyüş sursatlarının tədarükünü azaldıb, buna görə də Priqojin dəfələrlə açıq şəkildə bu barədə şıkayətlənib.

 

“Priqojin hamıya mane olur. İndi onun yeganə müdafiəsi Putinlə şəxsi münasibətləridir, o, müəyyən mənada onu faydalı hesab edir”, – “R.Politik” siyasi konsaltinqin təsisçisi Tatyana Stanovaya deyib.

 

“Hələlik, Priqojinin öz döyüşçülərini Ukraynadan Afrikaya göndərəcəyinin əlamətləri yoxdur. Lakin Ukraynada problemlər səbəbindən o, Afrikadakı əməliyyatlara daha çox diqqət yetirəcək, nəşrin həmsöhbətləri hesab edir.

 

Priqojinin özü də bu məlumata münasibət bildirib. “Mən “Bloomberg”in məlumatından xəbərsizəm, amma o, bizim bundan sonra nə edəcəyimizi, görünür, məndən yaxşı bilir. Hələlik, biz öz ölkəmizə lazımıq, Ukrayna ərazisində döyüşürük”, – o, məlumat verib.

 

Bu arada isə Rusiyanın bəzi KİV-ləri yazıb ki, Priqojin ABŞ Dövlət Deprtamentinə məktubla müraciət edərək, Afrikada “Vaqner qrupu” özəl hərbi şirkətini maliyyələşdirməyi təklif edib.

 

Bu məlumatın nə qədər həqiqətə uyğun olduğunu demək çətindir. Amerika hakimiyyəti “Kreml aşpazı”nı 2016-cı ildəki seçkilərə müdaxilə etməkdə ittiham edir, FTB biznesmenin həbsinə order verib, Ədliyyə Nazirliyi isə onu sanksiyalar sıyahısına salıb.

 

Lakin Priqojinin mətbuat xidmətinin “Telegram-kanal”ında ABŞ Dövlət katibinin afrikalılara zoraklıq və qeyri-sabitliyə təhrik edən “Vaqner qrupu” ilə əməkdaşlıqdan imtina etmək çağırışı barədə məlumatlara onun şərhi üzə çıxıb.

 

“Mən bu məsələni çoxdan şərh etmək istəyirdim. Hal-hazırda mən Blinkenə öz təkliflərimi hazırlayıram”, – Priqojin bəyan edib.

Mənbə

Share: