Ukraynaya 4 ədəd qırıcı verildi 

Slovakiya Ukraynayaya MiQ-29 döyüş təyyarələri təhvil verib.

 

Modern.az xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Naqi özünün “Facebook” səhifəsində məlumat yayıb.

 

O, artıq ilk 4 qırıcının təhvil verildiyini bildirib.

 

“İlk dörd MiQ-29 qırıcısı təhlükəsiz şəkildə Silahlı Qüvvələrə təhvil verilib və artıq Slovakiya Respublikası ərazisini tərk edib”, – nazir yazıb.

 

Qeyd edək ki, Slovakiya Ukraynaya 13 ədəd MiQ-29 təhvil verəcəyini vəd edib.

Mənbə

Share: