Dağıstanın paytaxtı Mahaçqalada Rusiyanın diktator və işğalçı Putin rejiminin Ukraynada apardığı “xüsusi əməliyyat” iştirakçılarının yaxınları təntənəli şəkildə bütün müsəlmanlar üçün vacib olan Həcc ziyarətinə (həcc) yola salınıblar. Pulsuz olaraq müqəddəs Məkkə və Mədinə şəhərlərinə yollananlar xüsusi hərbi əməliyyat zamanı həlak olan hərbçilərin ailə üzvləridir.

Moderator.az xəbər verir ki, Dağıstan mediasının yaydığı məlumata görə, Ukraynada ölən işğalçı Rusiya hərbçilərinin doğmalarının Həcc səfərinin xərcləri tanınmış xeyriyyəçi, Rusiya Federasiya Şurasının üzvü, deputat Süleyman Kərimov tərəfindən ödənilib.
Ümumilikdə o, bir neçə yüz hərbçi ailəsinin nümayəndəsi daxil olmaqla, 1000 dağıstanlının Həcc ziyarətinə sponsorluq edib.

P.S. Görəsən, özlərinin bunda günahı olmasa belə, ataları, qardaşları, oğulları, ərləri Rusiyanın Ukraynada apardığı amansız, dinc sakinlərinin faktiki soyqırımı ilə müşayiət olunan işğalçı, ədalətsiz müharibəsində ölmüş insanların Həcc ziyarəti Allah qatında qəbul oluna bilərmi? Və yaxud belələrinin ziyarətinin xərclərini ödəyən xeyriyyəçi(?) savab qazana bilərmi?..
Sultan Laçın


