“Ukraynanın döyüş meydanında qələbəsi üçün bir neçə sürprizləri var”

 

“Prezident Zelenski heç vaxt rusiyalı işğalçılarla mübarizədə Qərb hərbçilərinin köməyi barədə xahiş etməyib…”

 

“ABŞ tərəfindən Ukraynaya hərbi yardımla bağlı problemlərdən Rusiya diktatoru mənfəət əldə edir…”

 

Birləşmiş Ştatlar inanır ki, Ukraynanın döyüş meydanında qalib gəlməsinə kömək edəcək bir neçə sürprizləri var.

 

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Mettyu Miller bəyan edib. Məlumatı “obozrevatel.com” nəşri yayıb.

 

“Biz hesab edirik ki, Ukraynanın döyüş meydanında qalib gəlməyə nail olması üçün gerçəkləşdirə biləcəyi planı var”, – o, bu barədə brifinqdə deyib.

 

O, həmçinin Rusiyanın Qara dənizdə daha bir gəmisinin batırıldığını xatırladıb.

 

“Biz inanırıq ki, onların ehtiyatında bir neçə sürpizləri var”, – Miller qeyd edib.

 

Ukraynada müharibə – ABŞ-ın digər bəyanatları

 

ABŞ Milli Təhlükəsizlik Şurasının əlaqələndiricisi Con Kirbi bəyan edib ki, prezident Vladimir Zelenski heş vaxt rusiyalı işğalçılarla mübarizədə Qərb hərbçilərinin köməyi barədə xahiş etməyib.

 

Ağ Evin nümayəndəsinin sözlərinə görə, Ukraynnın dövlət başçısı düşmənə müqavimət göstərmək üçün “alətlər və imkanlar xahiş edir”.

 

Bundan öncə Kirbi bəyan edib ki, Rusiya diktatoru Vladimir Putin Ukraynaya hərbi yardımla bağlı problemlərdən xeyli mənfəət əldə edir, bu proseslətin nəticəsi döyüş meydanında özünü göstərir.

 

O, qeyd edib ki, ABŞ tərəfindən ukraynalı hərbi qulluqçuların bel bağladığı dəstək olmadan onlara öz mövqelərini qoryub saxlamaq getdikcə daha da çətinləşir.

Mənbə

Share: