“Ukraynaya daha çox və imkan daxilində daha tez silah tədarük edilməlidir…”

“Putinin başlıca məqsədi Ukraynanı Rusiyanın nəzarətinə qaytarmaq, bu, alınmasa, onu bir ölkə kimi məhv etməkdir…”

 

“Hal-hazırda Ukraynanın hərbi potensialı və iqtisadiyyatı tamamilə Qərbin, ilk növbədə ABŞ-ın yardımından asılıdır…”

 

“Putini indi dayandırmaq lazımdır, yoxsa ABŞ və NATO-dan daha çoxu tələb olunacaq…”

 

“Rusiya ilə birbaşa qarşıdurmadan yan keçmək üçün Ukraynaya elə indi işğalçıya müqavimət göstərməsi üçün yardım etmək lazımdır…”

 

Ukrayna xalqına yardımda istənilən təxirəsalınmalar və lənğımələr Moskvanın əlinə işləyir.

 

Bu barədə ABŞ-ın sabiq Dövlət katibi Kondoliza Rays və Pentaqonun sabiq rəhbəri Robert Qeyts Amerika hökumətinə açıq müraciət edərək, Ukraynaya daha təsirli hərbi yardım göstərməyə və bunu imkan daxilində daha tez etməyə çağırış edib.

 

Moderator.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti yazıb.

 

“Biz ikimizdə dəfələrlə Putinlə işləmişik və biz əminik: o, hesab edir ki, zaman onun tərəfindədir, o, ukraynalıları tükəndirə biləcək, ABŞ və Aropanın Ukraynaya dəstəyində birliyi parçalanacaq və dağılacaq”, – müraciətdə deyilir.

 

Məktub müəllifləri əmindir ki, Rusiya prezidenti Vladimir Putinin başlıca məqsədi Ukraynanı Rusiyanın nəzarətinə qaytarmaq, bu, alınmasa, onu bir ölkə kimi məhv etməkdir. Putinin koordinatlar sistemində Ukraynada Rusiya qoşunlarının məğlubiyyəti mümkün deyil və yolverilməzdir, – Rays və Qeyts davam edir, – ona görə də o, istəyinə nail olanadək səbr nümayiş etdirməyə hazırdır.

 

Eyni zamanda, müəlliflər qeyd edir ki, Ukrayna Rusiyanın hərbi müdaxiləsinə qəhrəmancasına müqavimət göstərməsinə və Silahlı Qüvvələrinin özünü parlaq ifadə etməsinə rəğmən, Ukrayna iqtisadiyyatı çöküb, milyonlarla insan ölkədən qaçmağa məcbur olub, onun infrastrukturu dağılıb, Ukraynanın faydalı qazıntılar yataqları, sənaye gücü və məhsuldar torpaqlarının xeyli hissəsi Rusiyanın nəzarətindədir.

 

“Hal-hazırda Ukraynanın hərbu potensialı və iqtisadiyyatı tamamilə Qərb tərəfinin, ilk növbədə ABŞ-ın yardımından asılıdır. Ukraynanın daha bir iri sıçrayışı olmadan Qərbin Ukraynaya atəşin dayandırılması haqqında danışıqlar məqsədilə təzyiqi güclənəcək, indiki vəziyyətdə Rusiya ordusu müdaxiləni bərpa etmək üçün güclü mövqe əldə edəcək.

 

Belə ssenarindən yan keçməyin yeganə üsulu Ukraynaya hərbi tədarükü və onun müdafiə qabilliyyətini elə qətiyyətlə gücləndirməkdir ki, Rusiya qoşunlarını cənubdan və şərqdən sıxışdırıb çıxarmağa kifayət etsin.

 

Onlar xatırladıb ki, Amerika Konqresi artıq Ukrayna ordusunun bu cür gücləndirilməsi üçün kifayət qədər vasitələr ayırıb, ABŞ ukraynalı həbçilərə “Bredli” döyüş maşınlarının tədarükü barədə razılaşıb. “Bu, tərifə layiq qərardır, amma geçikmişdir”, – Rays və Qeyts belə hesab edir.

 

ABŞ-dan ağır “Abrams” tanklarının tədarükü ciddi logistik çətinliklərlə bağlı olduğundan, Almaniya və digər müttəfiqlər Ukraynanın ağır texnikada tələbatını doldurmalıdır. Ukraynanın həmçinin müşahidə və kəşfiyyat üçün daha geniş imkanlara ehtiyacı var. Bütün bunlar aylarla uzadılmamalı, bir neçə həftə ərzində verilməlidir.

 

Öz tələblərini izah edərək, Rays və Qeyts yazır ki, Rusiyanın Ukrayna ilə müharibəsi ABŞ-ın da təhlükəsizliyini təhlükə altına qoyub.

 

“Dünya iqtisadiyyatı, o cümlədən bizim iqtisadiyyatımız Putinin məqsədyönlü təcavüzü səbəbindən artıq inflyasiya təsirini və inkişafın ləngiməsini hiss edir. Onu indi dayandırmaq daha yaxşıdır, çünki əks halda ABŞ və NATO-dan daha çoxu tələb olunacaq. Bizim Ukraynada müharibənin nəticələrini daşımağa hazır olan qətiyyətli tərəfdaşımız var, yoxsa bunu gələcəkdə özümüz etməli olacağıq”, – onlar yazıb.

 

Rays və Qeyts iddia edir ki, ABŞ prezidenti Co Bayden administrasiyasının Rusiya ilə birbaşa qarşıdurmadan yan keçmək qətiyyətilə razıdır. 

 

“Lakin cəsarətlənən Putin bizə seçim etməyə imkan saxlamaya bilər. Rusiya ilə qarşıdurmadan yan keçmək üçün Ukraynaya elə indi işğalçıya müqavimət göstərməsi üçün yardım etmək lazımdır. Bu, bizim rəhbər tutacağımız tarixin dərsidir və bu, nə qədər ki, gec deyil, bizim hərəkətlərimizə təxirəsalınmazlıq verir”, – müraciət müəllifləri vurğulayıb.

Mənbə

Share: