Uşaq qatilləri uşaq himayədarı rolunda, yaxud siyasi fahişəliyin erməni modeli

ABŞ-dakı erməni diasporu Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci ildə – 44 günlük Vətən müharibəsində dəfn etdiyi oyuncaq “Artsax” ideyasını siyasi-ideoloji müstəvidə yenidən diriltmək üçün iyrəng kampaniyaya start verib.

 

Moderator.az xəbər verir ki, Qarabağdan köç edən erməni ailələrinin azyaşlı uşaqlarına yardımlar təşkil edən erməni diasporu, bu kampaniyanı “Artsax”ı sev” adı altında reallaşdırmağa çalışır ki, burada məqsəd “Artsax” ideyasını diriltmək, Amerika toplumunun digər nümayəndələrini də bu ideya ətrafında birləşdirməkdir.

 

Həm Birinci Qarabağ müharibəsində, həm də Vətən müharibəsində azərbaycanlı uşaqlara qarşı xüsusi amansızlıq sərgiləyən, onları insan ağlına sığmayan qəddarlıqla qətlə yetirən ermənilərin, indi azyaşlı erməni uşaqlarının gələcəyindən narahatlığını ifadə etməsi onların riyakarlığından, qeyri-insani xislətindən xəbər verir. “Artsax” ideyasının azyaşlı uşaqların himayəsi adı altında təbliği, uşaqların “Artsax” ideyasının təbliğində alət kimi seçilməsi isə siyasi fahişəliyin erməni modeli kimi xaralterizə oluna bilər. Bu fakt bir daha sübut edir ki, erməni diasporu regional sülh üçün ciddi təhdid mənbəyi olmaqda, erməni ictimaiyyətinin şüurunu zəhərləməkdə davam edir.

 

Seymur ƏLİYEV

 

Mənbə

Share: