V. Zelenskiy Ukraynanın “Putini” olacaq”

Ukraynanın yeni seçilmiş Prezidenti Vladimir Zelenskiy prezident seçkilərində qələbə qazanacağını əvvəlcədən  proqnozlaşdırmışdım.

Bu sözləri  Milletinsesi.az-a tanınmış hüquqşünas Ukraynadakı seçkilərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Vladimir Zelenskiyin qalib gəlməsi   keçmiş Prezident Petro Poroşenkonun siyasi, iqtisadi və sosial sahədə   uğursuz siyasəti onun seçkilərdə məğlubiyyətinə səbəb oldu.

Vüqar Dadaşov   bildirib: “Qərb dövlətlərinin bir başa dəstəyi və ssenarisi üzrə dövlət çevrilişi ilə hakimiyyətə gələn Poroşenko qərb dövlətlərinin anti Rusiya  siyasəti yeritməklə məşğul idi. Nəzərə alsaq ki,  həm ruslar və ukraynalılar   eyni etnik mənşəyə mənsubdur və bu hal Poroşenkoya qarşı ukraynalılarda daxili qıcıq yaradırdı.  Bütün prezident dövrü    anti  Rusiya siyasəti ilə məşğul olan Poroşenko ölkənin sosial iqtisadi vəziyyətini özbaşına buraxaraq sosial gərginliyə, ictimai narazılığa səbəb oldu.

Poroşenkonun Ukrayna xalqının milli və dini hisləri ilə oynaması daxili parçalanmaya aparan və az qala vətəndaş müharibəsi astanasında olması Poroşenkonun məğlubiyyətinin əsas amillərindəndir. Ukrayna pravoslav kilsəsinin Pus pravoslav kilsəsindən ayrılması ümumxalq tərəfdən qəbul edilməməsi və dini bayramlarda demək olar ki, bütün ukraynalıların Rus, Moskva Pravoslav kilsəsinə tabe olan dini qurumların və kilsənin arxasınca getməsi və  yürüşlərin təşkili Poroşenkonun sonun parlaq işarələrindən idi. Eləcədə son anda Ukraynada rus dilinin istifadəsinin qadağan edilməsi Poroşenkonu siyasi tabuta sevirdi. Ukrayna xalqının Poroşenkoya nifrəti onun ilk hakimiyyəti günlərində yarandı. Ukrayna dövlət təhlükəsizlik  iclaslarında qərb dövlət nümayəndələrinin iştirakı Ukraynanın  vassala çevrildiyinin, Poroşenkonun isə  marionetka olmasının  sübutu idi.

Poroşenkonun dövründə Krımın itirilməsi, Ukraynanın  qərbində Donetski və Luqanskinin  nəzarətdən çıxması və müstəqillik elan etməsini Ukrayna xalqı ona bağışlaya bilməzdi. Bütün Ukrayna xalqı dərk etmişdi ki, qərbin Ukraynaya diqqəti onlara qarşı sevgi yox, qərb dövlətlərin  Rusiyanı halqaya salmaq istəyi idi.  Təbii ki, Rusiya buna reaksiya verərək heç kəsin gözləmədiyi siyasi və hərbi gedişlər edərək həm Ukraynanı, həm də  Qərb dövlətlərini mat vəziyyətinə qoydu.

Poroşenko yürütdüyü yalnış siyasətlə özünə xalqın  nifrətini  yaratdı və  Prezident seçkilərində ikinci müddətə seçilməməsinin  əsasını qoydu. Əslində xalq Zelenskiyə səs verməklə  Poroşenkoya qarşı   narazılığını ifadə etdi. Poroşenkonun isə Zelenskinin qələbəsini sakitcə qəbul etməsi onun xalqın narazılığını   görməsindən  irəli gəldi.

  1. Zelenskiy hakimiyyətinin ilk saatında Ukrayna Milli Məclisini (Verxovnya Radanı) buraxması onun kəskin iradəsinin əlaməti və hakimiyyəti tam əlinə alması istəyinin sübutudur. İlk  səfərini  ölkə daxilində məhz döyüş bölgələrindəki  ön xəttə səfər etməsi, onun ilk növbədə özünün şəxsən hərbi vəziyyətlə yerindəcə tanış olması və  hərbi rəhbərliyə inamsızlığı əlamətləri kimidə qiymətləndirilə bilər. V. Zelenskiy hakimiyyətinin ilk günlərindən siyasi təcrübəsi olmamasına baxmayaraq çıxışlarında və bəyanatlarında diqqəti çəkən siyasi səhvlərə yol verməməyi onun hakimiyyət ehfariyasından uzaqlığının, soyuqqanlı və realist olmasının sübutlarındandı.  Keçmiş Prezident komandasından bir neçə güc fiqurlarının  P. Poroşenkoya xəyanəti  fonunda hazırkı prezident  V. Zelenskiy tərəfindən qəbul edilməsi üsyankar fiqurların perspektivdə zərərsizləşdirilməsi deməkdir.  Xarici siyasətə gəldikcə isə dünya və qərb dövlətlərinin Rusiya siyasəti V. Zelenskinin böyük siyasi manevr  etmək imkanı verib  və Zelenskinin  yəhudi lobbiləri tərəfindən dəstəklənəcək.
  2. Putinin prezidentliyinin ilk dövründə qərb dövlətləri nümayəndələrinin tez-tez verdiyi “mister Putin kimdi?” sualı idi. Bəzi qərb dövlətləri isə  “Zelenskiy kimdir?” sualını özləri özlərinə verirlər. Hesab edirəm ki, belə bir qısa müddətə Zelenskinin Prezident postunda uğurlarından danışmaq tez olar.  Ancaq böyük inamla demək olar ki, Ukrayna xalqı bu prezident seçkisində  udub və böyük ehtimalla V. Zelenskiy Ukraynanın “Putini” olacaq”
Share: