“Vaqner” transmilli cinayətkar təşkilat kimi TANINDI 

ABŞ Maliyyə Nazirliyi Rusiyanın “Vaqner” özəl hərbi şirkətini transmilli cinayətkar təşkilat kimi tanıyıb.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellen məlumat verib.

 

O bildirib ki, rəsmi Vaşinqton şirkət və onun təsisçisi Yevgeni Priqojinlə əlaqəli strukturlara qarşı yeni sanksiyalar tətbiq edib.

 

“Vaqner” qrupuna, eləcə də onların tərəfdaşlarına və Rusiya hərbi kompleksini dəstəkləyən digər şirkətlərə qarşı yeni sanksiyalar Putinə onun hərbi maşınını silahlandırmağa və təchiz etməyə mane olacaq” , – Yellen deyib.

 

Akif İsmayılov 

Mənbə

Share: