Vasif Talıbovun general oğlu məzuniyyətə göndərildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun özü ilə yanaşı övladlarının da vəziyyəti ürəkaçan deyil. 

Millətinsesi.az-ın Gununsesi.info-ya istinadən xəbərinə görə, Talıbovun Dövlət Miqrasiya Xidmətində baş idarə rəisi vəzifəsində çalışan oğlu Rza Talıbov məzuniyyətə göndərilib.

Bir neçə gün əvvəl məzuniyyətə göndərilən Rza Talıbovun geri qayıdıb-qayıtmaması isə dəqiq bilinmir.

Onun üç gün əvvəl Naxçıvana yola düşdüyü deyilir.

 

Share: