Vladimir Solovyov “vaqnerçilər”ə Fransa, Polşa və Britaniyaya zərbələr endirməyi təklif etdi…

Solovyov Qərb ölkələrinə Afrika ərazisindən hücum etməyi təklif edib

 

“Belə zərbələri legitim hesab etmək lazımdır, çünki Britaniya Ukraynaya tanklar tədarük etmək qərarına gəlib…”

 

“Bunu etməyə utanırıqsa, o zaman “vaqnerçilərə” texnika ötürün, qoy Afrika ərazisindən zərbələr endirsinlər…”

 

“Ölümdən qorxmayın, həyatın dəyəri həddən artıq şişirdilib, ölüm isə qaçılmazdır…”

 

Rusiyalı təbliğatçı Vladimir Solovyov Fransa, Polşa və Britaniyanın yaşayış məntəqələrinə zərbələr endirməyi təklif edib.

 

Onun sözlərinə görə, belə zərbələri legitim hesab etmək lazımdır, çünki Britaniya Ukraynaya tanklar tədarük etmək qərarına gəlib.

 

Moderator.az xəbər verir ki, bu barədə o, yanvarın 14-də “Solovyov Live” proqramının efirində Böyük Britaniyanın Ukraynaya tanklar tədarük etməsi barədə qərarı bəlli olandan sonra bəyan edib.

 

“Utanc hissi” olmasın deyə, Solovyov Qərb şəhərlərinə zərbələrin “vaqnerçilər” tərəfindən Afrika ərazisindən endirilməsini təklif edib.

 

“Yaxşı, tutaq ki, biz bunu etməyə utanırıq, o zaman “vaqnerçilər”in öz texnikası var. Onlara texnika ötürün, qoy Afrika ərazisindən zərbə endirsinlər.

 

Nəsə, deyək ki, Liviya ərazisindən uçub Fransaya zərbə endirəcək. Və ya özəl quruma məxsus naməlum gəmidən dəniz dronları ilə Britaniya ərazisinə zərbələr endirilsin”, – rusiyalı təbliğatçı belə bir ideya səsləndirib.

 

O, həmçinin NATO ölkələrinə qarşı təkcə “qeyri-nüvə hücumları”nı deyil, taktiki nüvə silahını da tətbiq etməyə çağırış edib. Bu məqsədlə də “Vaqner qrupu”ndan istifadə etməyi təklif edib.

 

Xatırladaq ki, Solovyov rusiyalılara ölümdən qorxmamağa çağırış edib, çünki “həyatın dəyəri həddən artıq şişirdilib, “ölüm isə qaçılmazdır”.

Mənbə

Share: