Xətaidə piyada yolu üçün “baş daşı” qoyuldu

Azərbaycanın hər yeri marketlərlə dolur. Hara baxırsan Araz, Oba, Bravo, Meqastore, Bizim Market və s. Az qalır ki, hər bloka bir market düşsün.

Millətin Səsi.az xəbər verir ki, Əbilov küçəsində 11 saylı Marşrut xəttinin avtobuslarının dayanacağında yeni Araz Market açılır. Qanunvericiliyə görə, tikilən yeni obyektlərin önündə onun ərazisinin yarısı qədər boş sahə dayanacaq üçün saxlanılmalıdır. Yeni istifadəyə veriləcək Araz Marketin sahəsi min kv/m-ə yaxındır. Qapısı isə birbaşa yola açılır.  Əvvəllər orda piyada yolu var idi. Avtobus dayanacağına gedən həmin piyada yolu gorbagor oldu. Hətta piyada yolu üçün “başdaşı” da qoyulub:

Qoyulan nişana görə, piyadalar bundan sonra ordan istifadə edə bilməz.

Onsuz da avtobusların əlindən həmin yolu zorla keçirdik. Araz açılandan sonra yol da bağlanacaq.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Nəzarət Dövlət Agentliyinin Xətai üzrə kuratoru, Azərbaycan Respublikası Fövqəladə  Hallar Nazirliyinin Yanğından Mühafizə idarəsi, Azərbaycan Respublikası Bakı Şəhər İcrs Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsinin Xətai üzrə kuratoru, Azərbaycan Respublikası İqtidisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Agentliyinin Xətai üzrə kuratoru, Azərbaycan Respublikası Arxitektura və Şəhərsalma idarəsinin Xətai üzrə kuratorunun nəzərinə: bu obyektdən xəbəriniz varmı? Burda tikinti normalarına necə riayət olunub?