Xəzər sahilində 130-dan çox suiti ölü tapıldı

Xəzər dənizinin Qazaxıstan sahillərində 131 ölü Xəzər suitisi tapılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstanın Ekologiya Nazirliyinin nümayəndəsi məlumat verib .

 

Qazaxıstanın qərbində Xəzər dənizinin sahillərində ölü heyvanlar tapılıb. Mütəxəssislər heyvanların ölüm səbəbini müəyyən etmək üçün meyitlərin yarılması, həmçinin ərazidən torpaq və su nümunələrinin analizini planlaşdırır.

 

Xəzər suitisi dənizində yeganə suiti növüdür. Qazaxıstan hökuməti 2020-ci ilin noyabrında heyvanları nəsli kəsilməkdə olan növlər siyahısına daxil edib.

 

Dünyanın ən böyük daxili su hövzəsi olan Xəzər dənizinə çıxışı 5 dövlətə malikdir: Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan . Xəzər suitisi populyasiyası onilliklər ərzində həddindən artıq ovlanma və Xəzərin çirklənməsinin təsirlərindən əziyyət çəkir.

 

Mütəxəssislər bildirirlər ki, hazırda 68 minə yaxın Xəzər suitisi var. 20-ci əsrin əvvəllərində onların sayı bir milyondan çox idi.

Mənbə

Share: