Yemelyanenko Kadırovla döyüşə razılıq verdi

Qarışıq döyüş növü ilə məşğul olan Aleksandr Yemelyanenko Çeçenistan prezidenti Ramzan Kadırovun rinqə çağırışını qəbul edib.

Qol.az xəbər verir ki, rusiyalı idmançı İstagram hesabında video paylaşaraq Kadırovla döyüşə hazır olduğunu bildirib: “Əlcək hazırla Ramzan! Biz imdanı və sağlam həyat tərzini təbliğ edəcəyik”.

Qeyd edək ki, Ramzan Kadırov Aleksandr Yemelyanenkonu dekabrın 21-də döyüşə çağırıb. O, qarşılaşmadan qalib ayrılmaq istədiyini bildirib.

Share: