Yuxusuzluğun yeni təhlükəsi aşkarlandı – Diqqətli olun

Alimlər yuxusuzluğun yeni təhlükəsini aşkar ediblər.

 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya görə, yuxusuzluq 2-ci tip diabet riskini artırır.

 

Tədqiqat zamanı 247 867 şəxsin məlumatları təhlil edilib. Onlar yuxu müddətinə görə dörd qrupa bölünüblər: normal (gündə 7-8 saat), bir qədər qısa (gündə 6 saat), orta dərəcədə qısa (gündə 5 saat) və çox qısa (gündə 3-4 saat). 

Qırmızı ət, işlənmiş ət, meyvə, tərəvəz və balıq istehlakı nəzərə alınıb və sağlam qidalanma balları 0 (ən sağlam olmayan) ilə 5 (ən sağlam) arasında dəyişib.

 

Üç saatdan beş saata qədər yuxunun 2-ci tip diabet inkişaf riski ilə əlaqəli olduğu aşkar edilib. Sağlam qidalanma xəstəliyin inkişaf riskinin azalmasına kömək edib. Ancaq hətta sağlam qidalanan, lakin gündə altı saatdan az yatan insanlar hələ də tip 2 diabetin inkişaf riski daha yüksək olub.

 

Mənbə

Share: