Zelenski Əminə Cabbarovanı Hindistana göndərir 

Zelenski Əminə Cabbarovanı Hindistana göndərir 

Ukrayna xarici işlər nazirinin birinci müavini Əminə Caparova Hindistana səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə “The Hindu” nəşri öz mənbələrinə istinadən yazıb.

 

Bildirilir ki, bu, Ukraynada müharibə başlayandan bəri yüksək səviyyədə Hindistana ilk səfər olacaq.

 

Nəşr qeyd edir ki, xanım Cabbarova Hindistandan enerji infrastrukturunun təmiri üçün humanitar yardım ayrılmasını və avadanlıqla təmin olunmasını xahiş edəcək. Onun Hindistanın baş naziri Narendra Modini Kiyevə səfərə dəvət edəcəyi gözlənilir.

 

Diplomatik mənbələr yekun razılaşmaların hələ də müzakirə edildiyini, lakin nazir müavininin aprelin 10-da Dehliyə gəlməsinin və nazirliklərarası dialoqun, eləcə də media və beyin mərkəzləri ilə görüşünün olacağını təsdiqləyiblər.

 

“Reuters” də Hindistan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Əminə Cabbarova aprelin 9-da Hindistana dördgünlük səfərə gələcək və bu səfər zamanı Ukraynadakı vəziyyəti və qlobal məsələləri müzakirə edəcək.

Mənbə

Share: