
Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Milletinsesi.az xəbər verir ki, bu barədə Zelenski özünün Twitter hesabında məlumat yayıb.
Telefon danışığı 1 saat 50 dəqiqə davam edib.
Danışıqların substantiv keçdiyini deyən Zelenski fransalı həmkarını cəbhədəki son vəziyyət barədə məlumatlandırıb.
“Fransanın koordinasiya edilmiş əlavə müdafiə dəstəyi barədə danışdıq. Həmçinin, AEBA-nın Zaporojye AES-dəki missiyasının nəticələrinin qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq”, – Zelenski qeyd edib.