Zelenski Makronla danışıqlar apardı 

Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Milletinsesi.az xəbər verir ki, bu barədə Zelenski özünün Twitter hesabında məlumat yayıb.

Telefon danışığı 1 saat 50 dəqiqə davam edib.

Danışıqların substantiv keçdiyini deyən Zelenski fransalı həmkarını cəbhədəki son vəziyyət barədə məlumatlandırıb.

“Fransanın koordinasiya edilmiş əlavə müdafiə dəstəyi barədə danışdıq. Həmçinin, AEBA-nın Zaporojye AES-dəki missiyasının nəticələrinin qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq”, – Zelenski qeyd edib.

Mənbə

Share: