Zelenski Türkiyəyə başsağlığı verdi 

Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda baş verən partlayışla əlaqədar Türkiyəyə başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün “Twitter” hesabında türk dilində yazıb.

 

“İstiqlal küçəsində baş verən partlayış nəticəsində çoxlu sayda insanın həlak olduğunu və yaralandığı xəbərini dərin hüznlə öyrəndim. Həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram. Dost türk xalqının dərdi bizim dərdimizdir”, – paylaşımda deyilir.

 

Akif İsmayılov 

Mənbə

Share: