Qərb tərəfdaşlarımızın raket təchizatındakı gecikmələri səbəbindən Kiyevdə bir sıra obyektlərə gecə vaxtı zərbələr endirilib.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri Vladimir Zelenski bir daha Ukraynadakı raket tutucularının çatışmazlığından şikayətlənərək bildirib.
Gecə baş verən hadisələri şərh edən Zelenski Telegram-da yazıb ki, bunlar “gecikmiş təchizat və ya tutucuları təmin etmək istəməmənin nəticəsidir”. O, əlavə edib ki, “tərəfdaşlarımızın bunu başa düşməsi vacibdir”.
Zelenski uzun müddətdir ki, Qərb ölkələrini əlavə hava hücumundan müdafiə sistemləri və tutucu raketlər təmin etməyə çağırır. Axios xəbər saytına verdiyi son müsahibədə o, ABŞ prezidenti Donald Trampdan qışa qədər Ukraynaya 300 Patriot raketi verməsini xahiş etdiyini bildirib. Bu arada, Kiyev dəfələrlə Yaxın Şərqdəki münaqişənin tərəfdaş ölkələrdən silah təchizatının azalmasına səbəb olduğundan şikayətlənib.
Ukrayna Hərbi Hava Qüvvələri çərşənbə günü səhər Rusiya Silahlı Qüvvələri tərəfindən bir dənə də olsun “Tsirkon” və ya “İsgəndər” raketini tuta bilməyib. Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti isə öz növbəsində bildirib ki, bir sıra partlayışlar Kiyev vilayətinin üç rayonundakı anbarlarda və logistika obyektlərində yanğınlara səbəb olub. “Nova Post” şirkəti daha sonra Kiyevdəki çeşidləmə müəssisəsinin dağıdıldığını bildirdi. Kiyev və ətraf bölgənin hakimiyyət orqanları yerli əhalini havada tüstü və zərərli maddələrin yüksək konsentrasiyası barədə xəbərdar etdi. Ukraynanın Baş naziri Sergey Koretski hökumətin ölkə daxilində logistikanı bərpa etmək üçün müəssisələrlə təcili görüşlər keçirəcəyini açıqladı.


