Əfqanıstanda partlayış – 2 nəfər öldü 

Əfqanıstanın paytaxtı Kabildə avtomobilin partladılması nəticəsində iki nəfər həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” yerli rəsmilərə istinadən məlumat yayıb.

 

​​Polis rəsmisi bildirib ki, “Corolla” tipli avtomobildə baş verən partlayış nəticəsində iki nəfər ölüb: “Ölənlərin kimliyi hələ dəqiq deyil”.

 

Baş verən partlayışın arxasında kimin olduğu açıqlanmayıb. 

 

Akif İsmayılov 

Mənbə

Share: