Əfqanıstanda PARTLAYIŞ: Ölən və yaralananlar var

Əfqanıstan Xarici İşlər Nazirliyinin binası yaxınlığında baş verən partlayışın detalları açıqlanıb.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə 2021-ci ilin avqustundan Əfqanıstanda hakimiyyəti ələ keçirmiş Taliban qruplaşmasının nümayəndəsi məlumat verib.

 

Bildirilib ki, terrorçu-kamikadze XİN-in binasına daxil olmağa çalışıb, amma o müvəffəq ola bilməyib və girişdə partlayış olub. Nəticədə 7 nəfər həyatını itirib, daha 10 nəfər isə xəsarət alıb.

 

***

15:58

 

Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış baş verib.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayış Əfqanıstan Xarici İşlər Nazirliyinin yaxınlığında olub.

 

Partlayışdan sonra atışma səslərinin eşidildiyi qeyd olunub.

 

Detallar barədə məlumat yoxdur.

Mənbə

Share: