“Kremldə tam xaos hökm sürür, Putin yenidən bunkerdə qapanıb qalıb…”

“Kremlin yuxarı təbəqəsində ciddi dəyişiklik baş verəcək…”

 

“Putin səmərəsizdir, dəhşətli yanlışlığa yol verib, Rusiyanı dağıdır…”

 

“Putin rejimi çökəndən sonra Rusiya Fedrasiyası təsir zonalarına bölünə bilər…”

 

“Rusiya müharibədən sonra nüvə statusundan məhrum edilməli və onun Silahlı Qüvvələrinə kvotalar müəyyən edilməlidir…”

 

Yaxın zamanlarda Rusiya prezidenti Vladimir Putin hakimiyyətdən uzaqlaşdırıla bilər.

 

Moderator.az xəbər verir ki, bu barədə “QORDON” internet nəşrinin baş redaktoru Alesa Batsmana müsahibəsində  jurnalist və teleaparıcı Savik Şuster bəyan edib.

 

“Tezliklə nə baş verə bilər?..Mən dünən ABŞ-da yaşayan keçmiş sovet kəşfiyyatçısı, Rusiya prezidenti ilə institutda birgə təhsil almış Yuri Şvetsi dinləmişəm…Kimsə yazır ki, o, DTK-nın agentidir…Bəsdirin, siz Allah…Bunun məsələyə nə dəxli var ki?..Bu adam çox gözəl təhlil edir və heç də DTK agenti deyil!” – Şuster qeyd edib.

 

O, getdikcə işğalçı ölkə prezidentinin artan təcridinə və sərəncamında özəl orduları olan fiqurların fəallaşmasına diqqət çəkib.

 

“Şveç öz müşahidələri əsasında belə qənaətə gəlir ki, Kremldə tam xaosdur. Putin yenidən bunkerdə qapanıb qalıb, Peskov bunu açıq şəkildə bəyan edib. O, deyir ki, bayırda “Omikron” mutasiya edir. Bu, Peskovun böyük “kəşfidir”. Mutasiya edirsə, bu, milli təhlükəsizliyə istənilən halda təhlükə törədir. Çünki Putin milli təhlükəsizlik deməkdir. Deməli, o, bunkedən çıxmır. Oraya kim buraxılacaq, mən bilmirəm. Priqojin xuliqanlıq edib cinayətlər törədəcək. Özünü cəzasızlıq mühitində hiss edəcək, sanki o, istədiyini edə bilər”, – teleaparıcı deyib.

 

Şusterin müşahidələrinə görə, Çeçenistan rəhbəri Ramzan Kadırov “özünü təxminən Priqojin kimi” aparır.

 

“Kremlin yuxarı təbəqəsində…savaş və ya saray çevrilişi deməzdim, amma hansısa ciddi dəyişiklik baş verəcək”, – o, güman edir.

 

Nəticədə Putinu elə silahdaşları hakimiyyətdən kənarlaşdıra bilər, lakin, bu, onun fikrincə, “heç nəyi həll etməyəcək”.

 

“Təsəvvür edin ki, Putini hakimiyyətdən uzaqlaşdırdılar. Yaxşı, olsun. Bəyəm onlar bütün məsuliyyəti onun üzərinə atıb, Haaqaya aparıb, deyəcəklər: “Bilirsiniz, bizim bu işlərə heç bir aidiyyətimiz yoxdur”? Yox, uşaqlar, dayanın, siz də onun yanında əyləşməlisiniz, orada yer kifayət edər”, – o, belə hesab edir.

 

Bununla yanaşı, teleaparıcı Putinin ətrafı tərəfindən kənarlaşdırılmasını mümkün sayır, çünki “o, səmərəsizdir, dəhşətli yanlışlığa yol verib, Rusiyanı dağıdır”.

 

“Baxın, belə bir “Zabit yığıncağı” deyilən təşkilat var, o, çoxdan mövcuddur, hələ müharibədən öncə, irimiqyaslı müharibənin son fazasından öncə general İvaşov zabit ehtiyatı adından açıq məktub imzalayaraq bəyan edib ki, bu siyasət özüüintihardır. Bu adamlar tamamilə əmindir ki, Putin Rusiyanı özünüintihara aparır, Rusiya, sadəcə, yoxa çıxacaq. Bura baxın, bəlkə ona bunu etməyə sonucda imkan verək?” – Şuster təklif edib.

 

O, hesab edir ki, sırf hərbi nöqteyi-nəzərdən Rusiyada vəziyyəti proqnozlaşdırmaq kifayət deyil. O, bunu mümkün hesab edir ki, Putin rejimi çökəndən sonra Rusiya Federasiyası “təsir zonaları”na bölünə bilər.

 

“Biz Kreml üzərində, Reyxstaqda olduğu kimi,  Avropa İttifaqının bayrağını qaldırırıq. Ukraynanın Avropa İttifaqı ilə birgə bayrağını da qaldırmaq olar. NATO və Birləşmiş Ştatlarla birgə qaldırırıq. Rusiya bayrağından savayı, bu bayraqları asıb, təsir zonalarına bölərik”, – o, deyib.

 

Batsman teleaparıcıya Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanovun kabinetində “parçalanmış” Rusiyanın xəritəsinin asıldığını xatırladıb. Həmin xəritədə Rusiyanın parçalanmasından sonra Kuban, Belqorod və Kursk vilayətləri Ukraynanın tərkibinə qatılıb.

 

“Bura baxın, burada Ukrayna ilə məşğul olmaq lazımdır. Qoy onlar öz torpaqları ilə özləri məşğul olsunlar. Siz Kursk vilayəti ilə nə edəcəksiniz? Budanov bir az ələ salır, təhrik edir. Bunun mənası, məncə, budur. Ukrayna haqqında, Ukraynanın gələcəyi barədə düşünmək lazımdır”, – Şuster deyib.

 

Daha sonra Şuster deyib ki, Rusiya müharibədən sonra nüvə silahından, nüvə statusundan mərhum edilməli, onun Silahlı Qüvvələrinə kvotalar müəyyən edilməlidir.

 

“Bu imperiya dağılmalıdır. O, nüvə silahıdan məhrum edilməli, onun Silahlı Qüvvələrinə kvotalar müəyyən edilməlidir. O, özünü Avropada tamamilə etibarsız ölkə kimi göstərib və onunla iş birliyi mümkün deyil”, – Şuster deyib.

 

O, qeyd edib ki, Rusiyanın nüvə təksilahı məcburi tədbir olmalıdır.

 

“Əgər Rusiya bunu etməkdən imtina edərsə, onun əvəzinə bunu başqaları edəcək…Bəli, Rusiya son məqamda qəzəbindən düyməyə basa bilər. Lakin bunu nəzərə alıb, əvvəlcədən bunu edə biləcək bütün adamları neytrallaşdırmaq lazımdır. Bu, bütöv bir beyin mərkəzi, üstəgəl diversiya qrupları və bu prosesi həyata keçirə biləcək digər başqa şeylər olmalıdır. Amma bu, mütləq lazımdır”, – Şuster sözlərinə yekun vurub.

 

Mənbə

Share: