Əlabbasın kitabı çıxdı – FOTO

Yazıçı Əlabbas Bağırovun yeni kitabı çap olunub. Bu barədə Modern.az-a müəllif özü məlumat verib.

“Köçəri quşların nəğməsi” adlı kitabda yazıçının müxtəlif illərdə qələmə aldığı beş povest yer alıb.

Qeyd edək ki, Əlabbas Bağırov 1980-ci illərdən etibarən ədəbi mühitdə tanınmağa başlayıb. Yazıçı onlarla hekayənin, “Qiyamçı” və “Qaraqovaq çölləri” kimi məşhur romanların müəllifidir. “Mən Qarateli sevirdim” və “Dağların duman çağı” isə onun publisistik yazılarının toplandığı kitablardır.

Əsərləri ingilis, türk, qazax, özbək, qırğız, rus, gürcü və fars dillərinə tərcümə olunub.

“Köçəri quşların nəğməsi” yazıçının on beşinci kitabıdır. Toplu Ankarada, “Bengü” yayın evində çap olunub. Tanınmış ədəbiyyatşünas Məti Osmanoğlunun ön sözü ilə işıq üzü görən kitab yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək.

Mənbə

Share: