Əməkdar jurnalistlər Media Reysterində qeydiyyata alınmır

 

Media subyekti ilə əlaqəsi olmayan və jurnalist işləməyən Əməkdar jurnalistlər Media Reysterində qeydiyyata alınmır.

Milletinsesi.az-ın məlumatına görə, bunu bu gün Mətbuat Şurasının toplantısında MEDİA Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, əməkdar jurnalistlər, sabiq jurnalistlərin qeydiyyatı mümkün deyil.

“Çünki onlar vaxtında jurnalist işləsələr də, hazırda işləmir. Yəni hazırda media subyekti ilə əməkdaşlıq etməyən şəxs jurnalist kimi Media reysterində qeydiyyata alına bilməz”.

Mənbə

Share: