Türkiyəli baş məşqçinin həyat yoldaşı ağlayaraq kömək istədi: “Vəziyyət faciəvidir”

 

Türkiyədə baş verən 7,4 bal gücündə zəlzələdən sonra Hatay təmsilçisinin baş məşqçisi Volkan Dəmirəlin həyat yoldaşı Zeynep Dəmirəl də insanları köməyə çağırıb. 

Sosial media hesabında video paylaşaraq dostlarını köməyə çağıran Zeynep Dəmirəl dağıntılar altında bir çox tanışının da olduğunu bildirib.

Ağlayaraq kömək istəyən Zeynep Dəmirəl bunları deyib: “Burada vəziyyətlər çox pisdir. Dağıntılar altından dostlarımız çıxır, lakin hələ də dağıntılar altında qalan tanışlarımız var. Ümumiyyətlə Hatayda vəziyyət faciəvidir. Xəstəxanalar, təcili yardım maşınları və s. çatmır. Heç bir şəkildə kömək yetərli deyil. Yardım ən qısa zamanda bura gəlməlidir. Çünki hər şey çox pisdir. Bir şey etmək lazımdır, xahiş edirəm kömək edin”. /Musavat.com/

Mənbə

Share: