Ən gec vəfat etmuş Peyğəmbər səhabəsi kimdir?

Həzrət Mühəmməd Peyğəmbərin (s) səhabələri arasında ən gec vəfat edən Əbut-Tüfeyl Amir ibn Vasilə Leysi sayılır. Ühüd savaşı baş verən ildə (hicri 3-cü, miladi 625-ci il) dünyaya gəlmişdir. Hicri 100-cü (miladi 718-ci) ildə və ya daha gec vəfat etdiyini yazırlar. Hansı şəhərdə dünyasını dəyişdiyi dəqiq məlum deyil. Bəzi məlumatlara görə Məkkədə vəfat etmişdir. Əbut-Tüfeyl ömrünün sonlarında özü deyirmiş ki, hal-hazırda məndən başqa yer üzündə Peyğəmbəri (s) görən kimsə qalmayıb.

Milletinsesi.az islam.az-a istinadən bildirir ki, Əbut-Tüfeylin uzun müddət Kufədə yaşadığı, İmam Əlinin (ə) tərəfində olduğu, o həzrətin bəzi savaşlarına qatıldığı, İmam Əlinin (ə) şəhadətindən sonra Şama getdiyi, daha sonra Muxtara qoşulub Əməvilərə qarşı savaşdığı, Muxtarın şəhadətindən sonra siyasət səhnəsindən kənara çəkilib Məkkəyə sığındığı yazılır. Şeir təbi də olmuşdur.

Share: