Ərdoğan Zelenski ilə telefon danışığı apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsinə dair baş verənlər müzakirə olunub.

 

Ərdoğan Ukraynada baş vermiş faciəvi helikopter qəzası ilə bağlı Zelenskiyə başsağlığı verib və Rusiya ilə Ukrayna arasında davamlı sülhün bərqərar olunmasına güclü diplomatik töhfə verməyə və vasitəçilik etməyə hazır olduğunu bir daha vurğulayıb.

Mənbə

Share: